Bu gün dünyada iqtisadi proseslərin gedişindən asılı olaraq əhaliyə göstərlən xidmətlərin, satışı həyata keçirilən enerji resurslarının tarif dərəcələri dəyişir və müəyyən xərclərin ödənilməsi üçün əsasən artırılır. Bu təbii prosesdir. Ölkəmizdə də son iyirmi il müddətində enerji resurslarının və əhaliyə göstərilən xidmətlərin tarifləri dəfələrlə dəyişdirilərək əsasən artırılaraq tənzimlənib.
Maraqlıdır yerli vergilərin dərəcələrində vəziyyət nə yerdədir.
Belediyye.infonun sorğusuna cavab verən Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib ki, 1999-cu il və ondan sonrakı illərdə qəbul edilən yerli vergilərin dərəcələri və tarifləri dəyişilməz qalıb. Halbuki ötən iyirmi il müddətində bir çox tarif dərəcələri bir neçə dəfə artırılıb. Bu gün yerli vergilərin tarif dərəcələrinə yenidən baxılmasına və müəyyən mənada bəzi istiqamətlərdə isə artırmağın vaxtıdır. Ancaq bununla bağlı əsas təklifimiz isə fiziki şəxslərə məxsus sahibkarlıq subyektlərinin əmlak və torpaq vergisinə yenidən baxılması daha vacibdir. il ərzində bir dəfə olmaqla bu sahibkarlıq subyektləri yəqin ki, 8-10 manatdan bir neçə dəfə artıq vergi ödəməklə, həm də öz fəaliyyət göstərdikləri məhəllənin problemini həll etmiş olarlar. Hər halda müvafiq orqanların bu təklifi nəzərdən keçirməsi indiki halda daha məqsədə uyğun olardı.
Belediyye.info